Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Avrasiya İqtisadi Əlaqələr Birliyinin, Türklər və Əqrəba İcmaları İdarəsi (YTB), Həsən bəy Zərdabi İrs Mərkəzi birgə təşkilatçılığı ilə mayın 24-dən start götürən “Azərbaycan-Türkiyə könül elçiləri” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Avrasiya İqtisadi Əlaqələr Birliyinin İdarə Heyətinin sədri Hikmət Ərən və rəhbərlik etdiyi nümayəndə heyətinin ziyarəti sona çatıb.
Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.
Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası 2021-ci il mayın 24-dən 31-dək virtual şəkildə keçirilib.
Avrasiya İqtisadi Əlaqələr Birliyinin ("EkoAvrasya") İdarə Heyətinin sədri Hikmət Ərən və rəhbərlik etdiyi heyət - Məhəmməd Siddik Özkılıc, Kamal Güney, Nazim Koşar və Həsən bəy Zərdabi İrs Mərkəzinin başçısı Seymur Bayramov Gəncədə olublar.