!Reklam

İyunun 24-də Azərbaycan Avtomobil Federasiyasının əməkdaşı Səxavət Məmmədovu döyərək öldürən və hadisə yerindən qaçan 3 nəfər şəxs- 1991-ci il təvəllüdlü Məmmədov Kamandar Əlimərdan oğlu, 1999-cu il təvəllüdlü Abıyev Mais Vüqar oğlu və 1989-cu il təvəllüdlü Canıyev Nurlan Rizvan oğlu tutularaq barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

29 ildən sonra ilk dəfədir ki, xalqımız Azərbaycan Resbublikasının Silahlı Qüvvələr Gününü qürur hissi ilə qarşılayır. Çünki ötən il, 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimiz döyüş meydanında düşməni darmadağın edib təslim olmağa məcbur etdi. Ona görə də, işğalçı ölkənin baş naziri 10 noyabr tarixli kapitulyasiya aktını-təslimçilik sənədini imzalamağa məcbur oldu. Bu tarixi Qələbə xalqımıza təkcə torpaqlarımızı, Qarabağı qaytarmadı, 28 il ərzində sınağa çəkilən milli qürurumuzu xilas etdi. Qəhrəman Azərbaycan əsgər və zabiti sübut etdi ki, xalqımız səbrli və müdrik olduğu kimi, həm də döyüşkən xalqdır, öz haqqını və özünə məxsus olanı qorumağa qadirdir.