Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Qırğızıstan prezidenti Sadır Japarov Qarabağ - Vətən Müharibəsində qazanılan möhtəşəm qələbə və dədə-baba torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib. Bu barədə o, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovu qəbul edərkən bildirib. Sadır Japarov onun salamlarını Prezident İlham Əliyevə çatdırmağa xahiş edib. Eyni tarixi kökə, mədəniyyətə, ortaq dəyərlərə malik olan Azərbaycanın Qırğızıstan üçün qardaş ölkə olduğunu diqqətə çatdırıb və 10 noyabr 2020-ci il tarixli bəyanatın regionumuzda davamlı və uzunmüddətli sülhün təmin edilməsi zəmin yaradacığına ümidvar olduğunu qeyd edib.
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun "Twitter" hesabında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü anan paylaşım edib.
“Türk dünyasının ayrılmaz parçası olan Kipr türkləri ilə həmrəy olmaq qardaşlıq borcudur. İllərdir məruz qaldıqları haqsızlıqlar və embarqoların ləğv edilməsi üçün Kipr türklərinə lazımi yardımı əsirgəməyəcəyinizə inanıram”.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
ABŞ prezidenti Co Baydenin Böyük Britaniyanın baş naziri Boris Consonla son telefon danışığında müxtəlif mövzuları müzakirə ediblər. Əsas mövzu Çin olub. Ağ Ev sahibi Boris Consona maraqlı təklif irəli sürüb: “Çinin “bir kəmər – bir yol” layihəsinə qarşı oxşar alternativ layihə hazırlamalıyıq”.
Sofiyada (Bolqarıstan) keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan komandası qrup hərəkətlərində çoxnövçülükdə ikinci yeri tutub (70, 950 xal).