!Reklam

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi daxili xidmət polkovnik-leytenantı Araz Furqan oğlu Musayev 3 iyun 2021-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 38 ünvanında vətəndaşların şikayəti əsasında araşdırma aparan kütləvi informasiya vasitələrinin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə mane olub və onları hədələyib, bununla da fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verib.

İyunun 7-də Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılığı ilə işçi qrupunun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyev Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun dəvəti ilə Ankaraya səfərə yola düşəcəklər.

İtaliyanın müxtəlif siyasi partiyalarından olan senator və deputatları Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən ikisi jurnalist olmaqla üç azərbaycanlı mülki şəxsin tank əleyhinə minaya düşərək həlak olması və hadisə zamanı dörd mülki şəxsin də yaralanması ilə bağlı açıqlamalar verərək Ermənistanın Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməməsini kəskin şəkildə qınayıb və xəritələrin təcili olaraq Azərbaycana təhvil verilməsini tələb ediblər. Parlamentarların açıqlamaları onların sosial şəbəkə profillərində və İtaliyanın kütləvi informasiya vasitələrində dərc olunub.