Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Deputat Tahir Kərimli Milli Məclisdə büdcə müzakirələrində çıxış edərkən Dövlət Televiziyasına (AzTV) əlavə texniki qurğuların alınması üçün vəsaitin ayrılmasını təklif edib.
Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə nəzarəti ilə Vətən müharibəsində şəhid olmuş və ya aldığı xəsarət nəticəsində müvafiq əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərinin sığorta vasitəsilə ödənilməsi prosesi operativ şəkildə davam edir.
"2021-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək. İmtahanda şagirdlərə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənni üzrə 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunacaq".
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.