Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Ukrayna koronavirusun yayılması təhlükəsi səbəbindən avqustun 29-dan sentyabrın 28-dək bir ay müddətinə əcnəbi vətəndaşların ölkəyə girişi üçün sərhədləri bağlayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "İnstagram" hesabında anası, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü ilə bağlı paylaşım edib.
“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) üzvləri Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizə yeni təyin olunan təmsilçisi Növbər Fərid Vechini ziyarət ediblər.
Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri birinci xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Paytaxtda fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblər, küçə ticarəti, avara və tufeyli həyat tərzi sürən şəxslərin profilakatikası, antisanitariya normalarının tam və hərtərəfli təmin olunması üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər keçirilir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu "İctimai Liderlər Platforması"nın üzvləri ilə onlayn görüş keçirib.
Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşü baş tutub.