!Reklam

Sabah saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün portal.edu.az üzərindən qeydiyyat prosesinə start veriləcək. Türkiyə-Azərbaycan Universitetindən “Report”a bildirilib ki, elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq. Sənəd qəbulu ilə əlaqədar hər hansı sualı olanlar AzTU-nun sənəd qəbulu komissiyasına müraciət edə bilər.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Hakan Fidanla görüşü zamanı tərəflər iki ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, humanitar və s. aspektlərini, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.