Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Mərhum bəstəkar Fikrət Əmirovun oğlu, cazmen Cəmil Əmirov onkoloji xəstəlikdən əziyyət çəkir. Yenicag.az xəbər verir ki, bu barədə Əməkdar artist Kübra Əliyeva […]
Paytaxtın Nəsimi rayonunda Memar Əcəmi metrostansiyasının yaxınlığında ictimai iaşə obyektlərində sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Vəfa Nağının xalası oğlu Şəhid Səmədov Camalın atası Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə görüşünə qatılıb.
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Metronun "Memar Əcəmi" stansiyasının yaxınlığındakı çay evi kimi fəaliyyət göstərən iaşə obyektləri ilə bağlı Baku TV-nin qaynar xəttinə şikayət ünvanlanıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində artıq 12,5 kilometrlik mikromobillik zolağı təşkil edilib.
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 114 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar İskəndərov seçicilərlə görüşlər keçirib.