Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Molde” (Norveç) oyununun biletləri sabah saat 12:00-dan "iticket.az"da satışa çıxarılacaq.
Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Türkiyənin ədliyyə nazirinin müavini Həsən Yılmaz ölkəmizə rəsmi səfərə gəlib.
Bu gün səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsünün sökülməsinə başlanılıb.
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2023-cü il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz artaraq, milli valyuta ekvivalentində 22 milyard 41,9 milyon manat təşkil edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 167 nömrəli qəsəbələrarası və 186 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.