Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Sentyabrın 21-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Bakı Böyük Dəbilqə turnirinin püşkatma mərasimi baş tutub.
ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendez qızıl külçələr şəklində rüşvət aldığı iddia edilir və hazırda federal prokurorlar tərəfindən istintaq altındadır.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ruanda Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu” və “Azərbaycan Respublikası hökuməti və Ruanda Respublikası hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş” imzalanıb.
Sentyabrın 21-də Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Hanke Braun Slot ilə görüşüb.