!Reklam

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 15 və 18 avqustda müsabiqəyə təqdim etdiyi 33 və 36 nömrəli şəhərdaxili, 168 nömrəli qəsəbədaxili, 169 və 108A nömrəli şəhərətrafı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-İmişli və Sumqayıt-Quba şəhərlərarası, eləcə də Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutları üzrə müsabiqələri sentyabr və oktyabr aylarında keçirəcək.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin illik konfransında çıxış edib, Azərbaycan-Macarıstan münasibətləri, bölgəmizdə cari vəziyyət, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, Azərbaycan-Ermənistan arasında post-münaqişə normallaşma prosesi barədə çoxsaylı sualları cavablandırıb.

"Əslində, aparıcı media quruluşlarının Qarabağla, ümumiyyətlə, son 34 ildə Azərbaycanla Ermənistan arasında yaşanan münaqişə, onun tarixi ilə bağlı qeyri-obyektiv, birtərəfli, hətta bəzi hallarda da qərəzli yanaşmaları yeni hal deyil. Belə media quruluşlarının arasında, peşəkarlığı və xəbərçilikdə standartları ilə hər zaman örnək model yaratdığı bildirilən BBC də, təəssüf ki, var".