Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
O, bu torpağın oğlu idi və öz vətənini çox sevirdi. Elə ən gözəl mahnılarını küləklərin at oynatdığı doğma şəhərə, ona gecə-gündüz layla çalan mavi Xəzərə həsr etmişdi. Azərbaycana “ömrümün mənasısan, anamın anasısan”, - deyirdi. Onun heyrətamiz dərəcədə elastik olan bariton səsi insan qəlbinin fövqəladə təsirə malik çırpıntılarını ifadə etməyə qadir idi. Müslümün ecazkar səsinin pərəstişkarlarının alqış sədaları dünyanın ən məşhur konsert və tamaşa salonlarını titrədirdi...
Paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 68 müntəzəm marşrut xətti üzrə 348 avtobusun hərəkət intervalında gecikmələr var.
“Azərbaycan və Özbəkistan türk dünyasının dinamik inkişaf edən iqtisadiyyatlara malik iki ölkəsidir və hər iki ölkə son illər qarşılıqlı əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə çıxarmaq üçün intensiv şəkildə əməkdaşlıq edir. Belə səmərəli iş bu gün artıq öz nəticəsini göstərməklə iki qardaş ölkəyə ikitərəfli əlaqələrin və çoxşaxəli əməkdaşlığın inkişafında yeni mərhələyə qədəm qoymağa imkan verir”.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi sentyabrın 27-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçirəcək.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirləri davam etdirirlər.