Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir.
Zaqatalada baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Türkiyənin paytaxtı Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV), Mədəniyyətlərarası Şəbəkə Dərnəyi və Qazi Universitetinin Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Qərbi Azərbaycandan məcburi köç” adlı beynəlxalq simpozium keçirilib.
Sabah saat 08:00-dan "Mayak-2" qaz kəmərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması, saat 10:00-dan Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, “1 May qəsəbəsi” və “Pirallahı Yeni” qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.
Türkiyənin Pamukkale Universitetində türkmən ədəbiyatının görkəmli nümayəndəsi, türkmən ədəbi dilinin yaradıcısı Məxdumqulu Fəraqinin doğumunun 300-cü ildönümü münaisbətil tədbir keçirilib.
Harvard Tibb Məktəbinin Otolarinqologiya və Oftalmologiya Mərkəzinin alimləri irsi görmə itkisi üçün CRISPR genini redaktə etmək üçün dərman hazırlayıblar.
Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi Həcc vizası olmayan şəxslərin cərimə ediləcəyi barədə xəbərdarlıq yayıb. Yenicag.az xəbər verir ki, bu […]