!Reklam

Son zamanlar sosial şəbəkələr həyatımızda mühim yer tutmağa başlayıb. Biznesini, karyerasını inkişaf etdirmək, xüsusilə də asan və hörmətsiz yollarla pul qazanmaq istəyənlər üçün bu şəbəkələrin önəmi daha çoxdur. Əsasən "Tik-Tok" və "Instagram" platformasının ölkəmizdə geniş yayılması və bir çox insanların burada yaydığı qeyri-etik nümayişlər isə cəmiyyətimizin pis formalaşmasına səbəb olur. Hələ televiziyalarımızda olan problemlərdən danışmırıq. İzlənmə və reytinq uğrunda kimi gəldi verilişlərinə dəvət edən, absurd məzmunlu verilişlər aparan aparıcılar və kanalların sayının az olmamasına rəğmən, televiziya mövzusu hər nə qədər yaralı yerimiz olsa da, bu yazıda əsasən sosial şəbəkələrin təsirinə toxunacağıq. Maraqlısı isə odur ki, mədəniyyət, tərbiyə və əxlaqi keyfiyyətlərdən uzaq olan bu şəxslərə dəstək olanlar da elə özümüzdən olan insanlardır. Xoşbəxtlikdən bu mövzu dövlətimizin diqqətindədir. Belə ki, cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar səbəbilə bəzi sosial şəbəkə istifadəçisi artıq qanunun tələblərinə uyğun cəzalandırılıb.