Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
2024-cü il istər regional, istərsə də beynəlxalq siyasi arena üçün mühüm ildir: ABŞ-də növbəti prezident seçkiləri keçiriləcək. Əvvəla, bu prosesin niyə qlobal xarakterli mühüm hadisə olduğunu anlamaq lazımdır.
Bakı ilə Səudiyyə Ərəbistanının şəhərləri arasında birbaşa uçuşların sayı həftədə 20 reysə çatıb. Bununla bağlı, “Flynas” hava şirkətinin Bakı-Ciddə marşrutu üzrə ucuz qiymətli reyslərinin artdığını məmnuniyyətlə elan edirəm. Uçuşlar həftədə 3-dən 7-yə çatdırılıb ki, bu da ayda 80-dən çox reys deməkdir. Biz bu təşəbbüsün Azərbaycan Respublikasından daha çox zəvvarın İki Müqəddəs Məscidi, həmçinin Krallığın digər bölgələrini ziyarət etməsinə şərait yaradacağını gözləyirik.
Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərində dəyişiklik edilib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü paytaxt sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəbiyev saxlanılıb.
Mediada yayılmış məlumatın yerində araşdırılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında fəaliyyət göstərən “Sahra Baku” restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib.