Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Fevralın 26-da saat 19 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 1981-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Fevralın 22-də Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi 2527 (2004) saylı qətnamə ilə əlaqədar məktub ünvanlayıb.
“Mən bilirəm ki, siz xocalılılar o vaxt bütün Azərbaycan xalqı kimi, sevinmisiniz. Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq”.
Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
“Qollarımdan tutub dırnaqlarımı kəlbətinlə çıxarmağa çalışırdılar. Soyuqdan titrəyirdim, həm də bacardığım qədər onlara güc gəlmək istəyirdim. Axırda istədiklərini etdilər, dırnağımı kəlbətinlə tutub çıxardılar”.
Azərbaycanın qadınlardan ibarət əsas, U-20 və U-17 yığmalarının üzvlərindən formalaşmış geniş heyət Göygöl Olimpiya İdman Kompleksində məşqlərə başlayıb.