Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub. Yenicag.az xəbər verir ki, son oyun “NTD-İndiqo” – “Xırdalan” komandaları arasında keçirilib. Xaçmaz […]
Lerikdə beş otaqlı evdə yanğın olub. Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Lerik rayonunun Bobla […]
11 fevral 2024-cü il tarixində keçirilmiş magistraturaya qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunub.
Masallıda sabah 1800 abonentin qaz təchizatında məhdudiyyət yaranacaq. Yenicag.az xəbər verir ki, Masallı rayonu Bambaşı kəndində diametri 219 mm-lik orta […]
ABŞ-ın Türkiyəyə “F-16” qırıcı təyyarələrin satışı ilə bağlı mühüm mərhələ fevralın 10-da tamamlanıb. Konqresdə dəyərləndirmə və etiraz mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət Departamentinin yanvarın 26-da Konqresə göndərdiyi rəsmi bildirişdən sonra başlayan 15 günlük araşdırma və etiraz müddətində yalnız Kentukki senatoru Rand Paul Senata etirazını təqdim edib. Paulun təqdim etdiyi qanun layihəsi Senatın Xarici Əlaqələr Komitəsinə göndərilsə də, orada qanun layihəsi ilə bağlı heç bir tədbir görülməyib.
Bununla da, ABŞ Silah İxracına Nəzarət Qanununa uyğun olaraq müvafiq qurumlar arasında satış prosesinin başlaması üçün heç bir maneə qalmadı.
Qeyd edək ki, həm Senat, həm də Nümayəndələr Palatasının xarici əlaqələr komitələri bildirişin edildiyi gün verdikləri açıqlamalarda “F-16”ların Türkiyəyə satışını təsdiqlədiklərini söyləyiblər.
Xatırladaq ki, Türkiyə ABŞ-dan 40 yeni “F-16” Block 70 döyüş təyyarəsi və inventarında olan 79 təyyarə üçün modernizasiya dəsti tələb edir. Ötən il Konqresin bəzi üzvləri “F-16”ların satışını şərtləndirən əlavə maddələri ABŞ Müdafiə Nazirliyinin büdcə qanun layihəsindən çıxarmışdılar.