Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Böyük Britaniya və Ukrayna ticarət, təhlükəsizlik, müdafiə, təhsil və digər sahələr üzrə möhkəm əlaqələr üçün 100 illik tərəfdaşlıq Sazişi imzalayıb. […]
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) Binəqədi kənd ərazsində yenidənqurma və təmir işləri ilə əlaqədar yanvarın 17-də elektrik xətləri sifarişə əsasən açılacaq.
İnnovativ məhsulların Mərkəzi Bankın nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu müddəti uzadılıb. Belə ki, müraciətlərin qəbulu mərhələsi 2025-ci ilin fevral ayının 15-dək davam edəcək.
Lənkəran rayonunun Siyavar kəndi istiqamətində, dənizdə itkin düşmüş hesab edilən balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasovun axtarışları davam etdirilir.
Yenicga.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, hazırda Pirallahı, Çilov adası, Neft Daşları, Neftçala, Biləsuvar, Beyləqanda arabir yağış, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Şahdağda qar yağır.