Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişikliklərin icrasını təmin etmək məqsədilə “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”nda dəyişikliklər edilib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil BMT-nin faktaraşdırıcı missiyasının artıq Azərbaycanda olduğunu və Azərbaycan tərəfi ilə səmərəli müzakirələr apardığını, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərinin yüksək qiymətləndirildiyini qeyd edib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS OIC/SMIC 10:2023 “Zəfəran (Crocus sativus L.) – Spesifikasiyalar və Sınaq Metodları” yeni dövlət standartı qəbul edilib.
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Masallı rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan Məmmədov saxlanılıb.
Bakı və Naxçıvan arasında aviadaşımalara olan tələbatın gözlənilən artımını nəzərə alaraq “Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkəti bu istiqamətdə səfər etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi məsləhət görür.
Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə əlaqədar komando bölmələri müxtəlif tapşırıqların icrasını məşq edirlər. Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən […]