Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Ermənistan Azərbaycana 8 yeni mina xəritəsini təhvil verəcəyini vəd edib. Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti […]
Yanvarın 10-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20 milyon ABŞ dolları olan AZ2003019877 İSİN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Dünyada vəziyyət elə bir həddə çatıb ki, artıq balanslaşdırılmış siyasət keçərli deyil. Mütləq şəkildə tərəf seçməlisən. Azərbaycan kimi dövlətlər Qərblə Rusiya arasında balanslı siyasət həyata keçirə, neytral qala bilirdi. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra bu məsələ, demək olar, imkansız hala gəldi. Düzdür, rəsmi Bakı ötən ilin sentyabrına - antiterror əməliyyatlarına qədər çətin də olsa, qızıl ortanı gözləyirdi. Məsələ ondadır ki, antiterror əməliyyatından sonra xüsusilə Qərb seçim şansı qoymadı: Ya yanımızda olacaqsan, ya da qarşımızda.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin xanımı Qalina Mehdiyevaya məxsus "Fireland Vineyards" MMC-nin keçmiş direktoru Elmir Səidov yenidən məhkəməyə müraciət edib.