Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının təmsilçiləri - hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Koalisiyanın eksperti – sosioloq, professor Əhməd Qəşəmoğlu prezidentliyə namizəd Zahid Orucla görüşüblər.
Göyçayda Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Potu kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb. […]
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar əksər bölgələrdə görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.
Bəzi avropalı parlamentarilər bu gün Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bütün bunlar düşünülmüş, planlaşdırılmış və Azərbaycana qarşı təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yaydı. Bəyanatda konkret olaraq vurğulamışıq ki, bu dözülməz şəraitdə, Azərbaycana, azərbaycanlılara qarşı əsassız ittihamlar səsləndirmək şəraitində işləmək mümkün deyil.