Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Yanvarın 14-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin rəhbərliyi ilə Azərbaycan parlamenti Aparatının nümayəndə heyətinin Ankaraya səfəri başlayıb.
Ötən əsrin 90-cı illərdə Azərbaycanın tarixində təəssüf ki, bir çox faciələr, qanlı hadisələr, tariximizdə yer aldı. Bu hadisələrdən biri də ölkəmizdə, tariximizdə dönüş nöqtəsi yaradan Qanlı Yanvar faciəsidir. 1990-cı il 20 Yanvar Azərbaycan xalqının ən qanlı hadisə, faciə, soyqırımı kimi tariximizə həkk olundu. Lakin, bu faciə nə qədər qanlı soyqırım olsa da, bir o qədər də özündə müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk kimi də qürurlu tariximiz oldu. Qan yaddaşımızda böyük faciə və qəhrəmanlıq, milli kimlik, milli ruh oyanışı olan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu.
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib. Yenicag.az xəbər verir ki, Bakı klubu yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori ilə anlaşıb. […]
Yanvarın 15-də Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Ötən il İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib.