"Milli Şuranın mitinqi Ermənistan rəhbərliyinin sifarişidir" - Siyavuş Novruzov
"Mitinqə yığışanların bir hissəsi əvvəllər cinayət törədib, həbs olunanların yaxınları, digərləri isə ordakı siyasi partiya rəhbərlərinin qohumlarından ibarət idi. Siyasi baxışa, siyasi əqidəyə görə toplaşan insan yox idi. Mitinqə baxanda sönüklük görünürdü. Digər tərəfdən, çıxışların özündə şər, böhtan, qarayaxma vardı və bunlar heç nəyə əsaslanmırdı”.