Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Qaraheybətdəki aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 helikopterində xəsarət alan 2 hərbçi evə buraxılıb.
9 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən daha 22 nəfər saxlanılıb, onlardan 40 kiloqram narkotik vasitə aşkar edilib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ləğv edilmiş Naxçıvan Muxtar Respublikası (MR) Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şöbə rəisi Zakir İsmayılovun ölüm səbəbini açıqlayıb.
"Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) baş verən hadisə ilə bağlı bildiririk ki, Lənkəran şəhər sakini Əliyev Sabir bu gün səhər saat 08.05 radələrində idarə binasının yaxınlığına gələrək “Azərişıq” əməkdaşı, nəzarətçi-mühəndis Kərimov Raufa məxsus LADA (VAZ) 2115 markalı, 42 BO 756 dövlət nömrə nişanlı avtomobili yandırıb. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.