!Reklam

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejimi müddətində “Nar” öz müştərilərinin təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Müştərilərə fasiləsiz yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün mobil müştəri xidmətləri və nömrələrin evə çatdırılması xidməti tətbiq edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi müddətində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərarına uyğun olaraq, mayın 4-dən etibarən DOST mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edəcək.