!Reklam

Azərbaycanın koronavirus ("COVID-19") xəstəliyinin geniş yayıldığı ölkələrlə həmrəylik ifadəsi olaraq aprelin 8-də Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliya Respublikasının bayrağı videoproyeksiya olunub. Mərkəzdən Trend-ə verilən məlumata görə, bayraq təsvirini italyan musiqisi müşayiət edib.