!Reklam

Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət və sorğularının operativ şəkildə cavablandırılması üçün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətində 16-58 qısa nömrəli "qaynar xətt" xidməti fəaliyyətə başlayıb.

Uğurlu idarəçiliyin təməl şərtlərindən biri yüksək şəxsi keyfiyyətlərə malik olmaqdır. Əlbəttə, xeyli sayda insanı bir heyətdə birləşdirən dəyər təkcə peşə bilikləri, püxtələşmiş təcrübə ola bilməz. Çalışdığın insanlarla əməkdaşlığın, münasibətlərin dayanıqlı meyarlar əsasında qurulması sistemin zəmanətli yüksəlişi deməkdir. “Yüksəliş” müsabiqəsi məhz bu bacarıqları hədəfləyən, Azərbaycanın güclü rəhbər heyətindən (https://yukselish.az/mentors.html) ibarət komandanı birləşdirərək, gələcəyin idarəçiləri üçün də yeni imkanlar yaratmış olub.