Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq vəzifəli şəxsləri - Hidrometeorologiya departamentinin direktoru olmuş Əkbər Həsənov, departamentin baş mühasibi İlqar Hacıyev və Departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.