Bu gün axşam saatlarında İstanbulda yerləşən “Zorlu Center Performans Sanatları Merkezi”ndə keçirilməsi gözlənilən 46-cı “Altın Kelebek” mükafatları gecəsi İdlibdə Rusiyanın dəstəklədiyi Bəşşar Əsədə sadiq qüvvələrin hava hücumu nəticəsində 33 Türkiyə hərbçisinin şəhid olması səbəbi ilə təxirə salınıb.
Martın 18-də Bakı I Media Forumu təşkil olunacaq. Forumun əsas mövzusu Azərbaycanda xəbər istehlakı, medianın vəziyyəti, yeni trendlər və tətbiq olunan yeniliklər haqqında olacaq.