!Reklam

Vətən Müharibəsi dövründə Ermənistanın böyük dağıdıcı gücə malik “İsgəndər” raketindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar, bu raketin qalıqlarının martın 15-də Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadan təmizləmə tədbirləri zamanı tapılması və onun Bakıda nümayiş etdirilməsi dünyanın aparıcı KİV-lərində geniş əks-səda doğurub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sədri olduğu Türk Şurasının mart ayının 31-də videokonfrans formatında keçirilən qeyri-formal sammitində ölkəmizin müstəqillik tarixinin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində uzun illər rəsmi İrəvanın destruktiv siyasətinə görə irəliləyişin olmamasından, Ermənistanın 30 ilə yaxın bir vaxtda beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsindən, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparıldığından, Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimizin dağıdılmasından, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən danışıb.