Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayının artması səbəbilə xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi ilə bağlı yerli KİV-də məlumatlar dərc edilib.
“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə əsasən 6 mart saat 00:00-dan 9 mart saat 06:00-a qədər ölkədə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.