!Reklam

Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb. Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, gənc qadın məktəbli uşağın əlindən tutaraq piyada keçidindən yolu keçməyə çalışıb. Yolun bir hissəsini keçdikdən sonra dayanıb və avtomobillərin gözləməsinə baxıb. Daha sonra isə yolu keçmək istəyib. Bu zaman sürətlə hərəkət edən "VAZ 2107" markalı avtomobilin sürücüsü piyadaları vurub. Hadisə nəticəsində ölən olmasa da, hər iki piyada xəsarət alıb.

Son beş ildə paytaxtın inzibati ərazisində 432 ədədi pavilyon, 409-u məntəqə tipli olmaqla ümumilikdə 841 dayanacaq quraşdırılıb. 1191 dayanacaq təmir edilərək sərnişinlərin istifadəsinə verilib. Nəticədə dayanacaqların 42 %-i yenilənib, şəhər üzrə ümumi dayanacaq tələbatının 90,1 %-i təmin edilib.