DİM sədri: "Magistarturaya qəbul imtahanı da iki dəfə keçiriləcək"
Magistraturaya qəbul imtahanları iki dəfə keçiriləcək.
Bunu keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədri qeyd edib ki, bu ildən bakalavrlara da magistarturaya qəbul imtahanında iki dəfə iştirak etmə şansı veriləcək. İkinci imtahan iyun ayında keçiriləcək.