Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli lideri, müasir və müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə rəsmi instaqram hesabında paylaşım edib.
Hər il 10 May tarixi gələrkən fərqli hisslər keçirirəm. Məhz bu gündə dünyaya gələn dahi və əvəzolunmaz şəxsiyyət Heydər Əliyevə olan sevgim bu tarixi mənim üçün sevdirib. Hələ uşaq yaşlarımda olarkən valideynlərimdən adını tez-tez eşitdiyim Heydər Əliyevin nə dərəcədə böyük şəxsiyyət olmasını zamanla özüm də anladım. Özümü şanslı insan hesab edirəm ki, Heydər Əliyev kimi xarizmatik və dahi şəxsiyyətlə eyni əsrdə yaşamışam və onu şəxsən görmüşəm.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
"Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunur.