!Reklam

Bu gün Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində yerləşən ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

Ölkədə yerli kadrların yetişməsi, onların beynəlxalq rabitə bazarında seçilən peşəkarlardan birinə çevrilməsi məqsədilə “Nar” Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) Baş İcraçı direktoru Qunnar Panke və AzTU-nun rektoru Vilayət Vəliyev keçirdikləri görüşdə bu barədə müzakirələr aparıblar. Əsas prioritet olaraq yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarının dəyərləndiriliməsi müəyyən edilib və mövcud layihələrin karantin qaydalarına uyğun şəkildə davam etdirilməsi razılaşdırılıb.