“COVID-19” pandemiyası ilə əlaqədar ölkədə hazırki sanitar-epidemioloji vəziyyət təhlil edilərkən çox təəssüf ki, respublikanın bəzi ərazilərində əhali arasında virusa yoluxmanın dinamikasında yenidən ciddi artım müşahidə edilib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2020-ci il 13 oktyabr tarixli qərarı ilə 14 oktyabr saat 00.00-dan başlayaraq Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış məhdudlaşdırılıb.