!Reklam

“Ermənistan tərəfindən guya Azərbaycanın tarixi şəhəri olan Şuşada kilsəyə raketlə zərbə endirilməsi barədə xəbərlər yayılıb. Biz bu xüsusda dünya xristianlarının həssas hissələrinə böyük hörmətlə yanaşırıq. Amma təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən bu mövzuda manipulyasiya və dezinformasiya aparılır”.

Ölkəmizin işğal olunmuş Şuşa şəhərindəki dini ibadət yerlərinin və mədəniyyət abidələrinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən hədəf alınmasına dair Ermənistan XİN-in açıqlaması, Ermənistanın Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki infrastrukturunu və mədəniyyət abidələrini qəsdən atəşə tutması faktlarından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə yaydığı növbəti saxta ittiham və təxribatıdır.