!Reklam

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 24 (iyirmi dörd) müraciət daxil olub.

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Vətəndaşlar bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.

“27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca dinc sakinləri və mülki infrastrukturu məqsədyönlü şəkildə ağır artilleriyadan istifadə etməklə atəşə tutmasına cavab olaraq, Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatlarında döyüş meydanında bir-birinin ardınca acı məğlubiyyətə uğrayan Ermənistan informasiya məkanında da ard-arda cəfəng iddialar ortaya atmaqla, primitiv yollarla Azərbaycanın haqlı mübarizəsinə kölgə salmaq məqsədi güdür”.