!Reklam

ABŞ prezidenti cənab Bayden uydurma “erməni soyqırımı” ifadəsini işlətməklə erməni xülyasını gercəkləşdirdi. Niyə məhz indi? Sualın cavabında yer ala biləcək faktlar, əsaslı ehtimal və fərziyyələr yetərincədir. Onların sadalanması artıq heç bir məna kəsb etmir. Lakin bütün fakt,ehtimal və fərziyyələrin sonda eyni nəticəyə gətirib çıxaracağı şəksizdir: geosiyasi proseslərdə ciddi rol alan və sözün tam mənasında müstəqil siyasət yürüdən güclü Türkiyənin varlığı birqütblü dünya sahibliyinə iddia edənlərin maraqlarına cavab vermədi. Elə buna görədir ki, qardaş Türkiyə ötən onilliklər ərzində ögey münasibətlə üzləşdi və Avropa Birliyinə müxtəlif bəhanələrlə qəbul olunmadı,Osmanlı xofu buna imkan vermədi. Baxmayaraq ki, Türkiyə Cümhuriyyəti hər zaman niyyətində səmimi oldu, tarixi ədaləti və beynəlxalq hüququ hər şeydən üstün tutdu, seçdiyi yola və bəşəri dəyərlərə sadiq qaldı, amma kimlərsə xofdan və türkofobiyadan xilas ola bilmədilər, yaxud xilas olmaq istəmədilər…