Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə ekspres xətlərdən daha biri, M9 ekspres xətti sabahdan fəaliyyətə başlayır.
Müdafiə Nazirliyi sosial şəbəkələrdə müddətli həqiqi hərbi xidmətdə olan Yaqublu Rəhim Tofiq oğlunun hərbi xidmətdən əvvəl futbol oynayarkən dizindən aldığı travma ilə əlaqədar guya hərbi hissədə müalicə olunmadığı və əməliyyata ehtiyac olması barədə yayılan məlumatlara münasibət bildirib.
Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin 2019-cu ildən həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları bu dəfə Müdafiə naziri Zakir Həsənovla görüşüblər.