Polşa hakimiyyəti Rusiya Federasiyasının üç diplomatını "persona non-qrata" elan edib.
“Report” xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi bildirib.
"Səfirə (Rusiyanın Polşadakı səfirinə-red) Rusiyanın Varşavadakı səfirliyinin üç əməkdaşının “persona non qrata” elan olunması barədə diplomatik nota verildi", xəbərdə deyilir.
Polşa Xarici İşlər Nazirliyinin iddiasına görə, belə qərarın qəbul olunmasına səbəb diplomatik statusun həmin şəxslər tərəfindən pozulması olub.