Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azad edilən ərazilərə indiyədək köçürülən ailələrin sayı açıqlanıb
DAXİLİ SİYASƏT
14 Oktyabr , 2023 12:10
Azad edilən ərazilərə indiyədək köçürülən ailələrin sayı açıqlanıb
“Müharibədən cəmi il yarım sonra - 2022-ci il iyulun 19-dan başlayaraq Laçın və Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub”.
“Report”un xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı həyata keçirilən bütün tədbirlər Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən reallaşdırılır: “Artıq proqramda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub”.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açıb.
Avro-2024: İtaliya Maltaya qarşı
Ana səhifə İdman 12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Avro-2024-ün seçmə mərhələsində VII tura yekun vurulacaq.
Axar.az xəbər verir ki, üçüncü oyun günündə 7 qarşılaşma keçiriləcək.
Avro-2024
Seçmə mərhələ, VII tur
14 oktyabr
C qrupu
17:00. Ukrayna – Şimali Makedoniya
22:45. İtaliya - Malta
Xal durumu: İngiltərə - 13 (5 oyun), İtaliya – 7 (4), Ukrayna – 7 (5), Şimali Makedoniya, 7 (5), Malta – 0 (5)
G qrupu
20:00. Bolqarıstan – Litva
22:45. Macarıstan - Serbiya
Xal durumu: Macarıstan - 10 (4 oyun), Serbiya - 10 (5), Monteneqro - 8 (5), Bolqarıstan - 2 (5), Litva - 2 (5)
H qrupu
17:00. Şimali İrlandiya – San Marino
20:00. Sloveniya – Finlandiya
22:45. Danimarka - Qazaxıstan
Xal durumu: Sloveniya - 13, Danimarka – 13, Finlandiya - 12, Qazaxıstan - 12, Şimali İrlandiya - 3, San Marino – 0
Qeyd edək ki, ötən gün baş tutan oyunlardan sonra Fransa, Belçika və Portuqaliya yığmaları final mərhələsinə vəsiqəni təmin ediblər.