Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəlikləri 19-20 dekabr tarixlərində Goranboy rayonu və Yevlax şəhərində yerləşən Heydər Əliyev mərkəzlərində fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirlərdə icra hakimiyyətlərinin, Gənclər Fondunun, yerli Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Azərbaycan Müdafiə Nazirliyi bəzi xarici KİV-də guya Azərbaycan ərazisində İsrailin döyüş təyyarələrinin yerləşdirilməsi barədə yayılan məlumata münasibət bildirib.
Milli Məclisin üzvü, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev növbədənkənar parlament seçkilərində namizəd olacağını bildirib.
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı Baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jan-Kristof Belliardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.