Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
2019-cu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 833,6 manat təşkil edib.
“Apple” şirkəti istifadəçilərin olduğu yer haqqında məlumatları onlardan xəbərsiz toplayır. “iPhone” sahiblərinin daima izlənməsi haqqında kibertəhlükəsizlik üzrə mütəxəssis Brayan Krebs deyib.
Bakıda TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilib və komissiyaya sədrlik Azərbaycana ötürülüb. İclasda TRASEKA-ya üzv və müşahidəçi ölkələrin nümayəndə heyətləri, Azərbaycanın aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən "Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Beynəlxalq Könüllülər Günü – 5 dekabr tarixində "Elektro HALL”-da populyar estrada müğənnisi Murad Arifin "Tufan" adlı solo konserti keçirilib.
Azərbaycanda həyata keçirilən siyasətdə sosial yönümlülük qabarıq şəkildə özünü göstərir. Ölkənin iqtisadi inkişafının artması bunu gerçəkləşdirməyə ciddi imkanlar yaradır.