Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Regionlarda sosial məsuliyyət təşəbbüsləri ilə seçilən “Nar” Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birgə 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş yeni layihəyə start verib. Layihə çərçivəsində Naxçıvan, Bakı, Gəncə, Lənkəran və Qəbələdə bir ay ərzində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı geniş maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Bakıda COP29 çərçivəsində Mavi zonada təşkil olunan Türkiyə pavilyonunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Türkiyə Respublikasının Dövlət Su İşləri Baş İdarəsinin rəisi Mehmet Akif Balta arasında görüş olub.
Dövlət İmtahan Mərkəzi növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanına hazırlaşan bakalavrların qeydiyyatını 2025-ci ilin yanvar-fevral aylarında keçirməyi planlaşdırır.
“Azərbaycan ekologiya sahəsində dünyanın zərərçəkmiş ölkələrindən biridir. Bildiyimiz kimi, 2020-ci ilə qədər 20% işğal altında olan Azərbaycan torpaqlarında mənfur düşmən ekoloji terror törətmişdi. Təbii ki, COP29 tədbirinin bu kimi problemlərə həll yolu olacağını düşünmək olar”.