!Reklam

Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, son günlər ölkə ərazisində hava şəraiti kəskin dəyişərək soyuq, qeyri-sabit və yağıntılı hava müşahidə olunur, yağıntılar bəzi ərazilərdə intensiv xarakter daşıyır, güclü külək əsir. Qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb və həmin fəsadların operativ aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlər görülüb.

“DİM orta ümumtəhsil müəssisələri üçün təsdiq olunmuş kurikulumun məzmun xətləri əsasında qəbul imtahanı suallarını hazırlayır. Bütün fənlər üzrə hazırlanan suallar məhz bu məzmun xətlərini əhatə edir. Lakin məktəblərdəki tədris prosesi kurikulumun məzmun standartları ilə tam uyğunlaşmadığı üçün bu şagirdlər sanki fərqli proqram əsasında imtahan vermiş olurlar”.

Baş nazir Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın rəğbətini qazanmaq üçün hər şeyi etməlidir. Ölkə daxilində cəmiyyətin dəstəyini və legitimliyini itirən Baş nazir hakimiyyətini qorumaq üçün xarici legitimliyə, xüsusilə ABŞ-nin dəstəyinə ehtiyac duyur. Bəs o, bu dəstək qarşılığında nə təklif edə bilər? Çünki ABŞ-nin hazırkı prezidentinin birtərəfli qaydada öz maraqlarına zidd olaraq güzəştə getməsi və qarşılığında heç nə almadan bir addım atması inandırıcı deyil. Paşinyan hesab edir ki, ABŞ hakimiyyət orqanlarını maraqlandıra biləcək bir şey tapıb: Zəngəzur Mis-Molibden Kombinatı.