Paşinyan Zəngəzur Mis-Molibden Kombinatını amerikalılara SATMAQ İSTƏYİR – İDDİA
Baş nazir Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın rəğbətini qazanmaq üçün hər şeyi etməlidir. Ölkə daxilində cəmiyyətin dəstəyini və legitimliyini itirən Baş nazir hakimiyyətini qorumaq üçün xarici legitimliyə, xüsusilə ABŞ-nin dəstəyinə ehtiyac duyur. Bəs o, bu dəstək qarşılığında nə təklif edə bilər? Çünki ABŞ-nin hazırkı prezidentinin birtərəfli qaydada öz maraqlarına zidd olaraq güzəştə getməsi və qarşılığında heç nə almadan bir addım atması inandırıcı deyil. Paşinyan hesab edir ki, ABŞ hakimiyyət orqanlarını maraqlandıra biləcək bir şey tapıb: Zəngəzur Mis-Molibden Kombinatı.