!Reklam

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il Azərbaycanda baş tutacaq və iqlim dəyişmələri, onun həssas qruplar üzərində təsiri və bununla mübarizə yolları tez-tez müzakirə olunmaqdadır. Bu səbəblə 26-27 oktyabr tarixlərində Gəncə şəhərində qadınlar və gənclərlə iqlim dəyişmələri və onun təsirləri, yaşıl bacarıqlar və dayanqlı vərdişlər kimi mövzuları əhatə edən layihə icra olunub.