!Reklam

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb. Toplanışın başa çatması münasibətilə bağlanış mərasimi keçirilib.

Qarabağ ermənisi Sarkis Qalstyanın Ermənistanda casusluq ittihamı ilə 18 il müddətinə azadlıqdan məhrum edilməsi barədə məhkəmə qərarına qarşı apellyasiya şikayəti təqdim olunub. Müdafiə tərəfi onun günahsız olduğunu bildirir və hökmün ləğv edilməsini tələb edir. Şikayət icraata qəbul edilsə də, məhkəmə iclasları uzun müddətdir ki, təyin olunmur. Məhkəmə proseslərinin təxirə salınmasına səbəb məhbusların müşayiət edilməsi üçün kadr çatışmazlığıdır.