Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
"Əməkhaqqı və pensiya artımları fonunda süni qiymət artımlarına qarşı mübarizə çox önəmlidir. Süni qiymət artımlarına qarşı mübarizənin güclənməsi həm də vətəndaşlarımızın maaş və pensiya artımlarının süni qiymətlər tərəfindən yeyilməsinin qarşısını ala bilər".
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb. Toplanışın başa çatması münasibətilə bağlanış mərasimi keçirilib.
Qarabağ ermənisi Sarkis Qalstyanın Ermənistanda casusluq ittihamı ilə 18 il müddətinə azadlıqdan məhrum edilməsi barədə məhkəmə qərarına qarşı apellyasiya şikayəti təqdim olunub. Müdafiə tərəfi onun günahsız olduğunu bildirir və hökmün ləğv edilməsini tələb edir. Şikayət icraata qəbul edilsə də, məhkəmə iclasları uzun müddətdir ki, təyin olunmur. Məhkəmə proseslərinin təxirə salınmasına səbəb məhbusların müşayiət edilməsi üçün kadr çatışmazlığıdır.
Qanunla nəzərdə tutulmuş hallarda işəgötürən işçilərin iş yeri və orta əməkhaqqını saxlamalıdır. Bu, Əmək Məcəlləsinin 179-cu maddəsi ilə tənzimlənir. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov hərbi toplanışa çağırılan işçinin hüquqlarını şərh edib.
“Nikol Paşinyanın sonuncu bəyanatları onun komandasının şərhinə görə, yalnız bir məqsəd güdür: hər vəchlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək və onun rəğbətini qazanmaq”.
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.